Xəzər Xəbər

Bakıda bu bina narkomanların məskəninə çevrilib - sakinlər narahatdır VİDEO

Sakinlər ərazidə nəzarətin gücləndirilməsini və binanın sökülməsini istəyirlər
Veb TV | 21:27 • 14 Noyabr 2022
Bakıda bu bina narkomanların məskəninə çevrilib - sakinlər narahatdır

Bakının Sabunçu rayonu ərazisində fəaliyyətini dayandırmış uşaq bağçasının binası narkomanların məskəninə çevrilib. Ətrafda yaşayan sakinlər belə iddia edirlər.

Çəkiiş zamanı məlum olub ki, bağçanın bütün otaqları istifadə olunmuş şprislərlə doludur.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən bu binada acınacaqlı vəziyyət yaşanır. Yaxınlıqda yaşayan sakinlər iddia edirlər ki, bir neçə il əvvəl uşaq bağçası kimi fəaliyyət göstərən, hazırda isə baxımsız vəziyyətdə olan birmərtəbəli tikilidə narkomanlar məskən salıblar.

Sakinlər deyirlər ki, yararsız vəziyyətdə olan keçmiş bağçanın bir neçə metirliyində 230 saylı körpələr evi-uşaq bağçası olduğundan, övladlarını bağçaya aparmaqdan ehtiyat edirlər. Çünki həmin bağçaya aparan yol məhz köhnə bağçanın yanından keçir. İddialara görə, narkomanlar sakinlər üçün ciddi problem yaradırlar.

Sakinlər ərazidə nəzarətin gücləndirilməsini və yarasız vəziyyətdə olan bu binanın sökülməsini istəyirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə  bildirildi ki, qeyd olunan ərazi artıq Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tam nəzarətə götürülüb. Ərazidə neqativ halların tam aradan qaldırlması üçün əlavə naryad qrupları təhkim olunub. Bu məqsədlə bütün zəruri tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar