Bakıda çoxmərtəbəli binanın sökülməsi ilə əlaqədar bağlanan yol açılıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən, Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində dövlət sifarişi əsasında sökülən binanın yaxınlığındakı yoldan gedir.
Sürücülərin sözlərinə görə, yolun bağlanması məsafənin uzanmasına, vaxt itkisinə səbəb olurdu. Yolun açılaraq sürücülərin istifadəsinə verilməsi Cavanşir körpüsündəki sıxlığı da nisbətən azaldıb.
Körpünün altında olan beton maneələr ərazidən götürülüb. Yolda normal hərəkət tam bərpa edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: