İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.
Bu barədə yerli media məlumat yayıb.
Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.
Partlayış nəticəsində 4 nəfərin öldüyü, 38 nəfərin yaralandığı bildirilir.
İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.
"Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq".
Bu arada, Türkiyədə Radio və Televiziya Üst Şurası (RTÜK) İstanbulun Beyoğlu səmtində İstiqlal küçəsində baş verən partlayışla bağlı müvəqqəti yayım qadağası qoyulduğunu bildirib.
Anadolu Agentliyi bildirir ki, RTÜK sədri Ebubekir Şahin sosial şəbəkədə "müvəqqəti yayım qərarı"nın görüntüsünü paylaşıb.
“Bütün media qurumlarımızın diqqətinə çatdırılır",- deyə Ebubekir Şahin bildirib.
Partlayışın səbəbi hələlik məlum deyil.