Bakıda 47 yaşlı qadın küt alətlə öldürülüb.
Xezerxeber.az bildirir ki, dünən paytaxtın Nərimoanov rayonu ərazisində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, qətlə yetirilən qadın 1975-ci il təvəllüdlü Kifayət İsayeva imiş. Qonşuların sözlərinə görə, ağır cinayətin törədildiyi mənzil kirayəyə verilibmiş.
Qadının onunla qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən öldürüldüyü iddia edilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Kifayət İsayevanı qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Hazırda həmin şəxsin tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: