Ağstafa rayonu, Poylu kəndində 2 kişi yaşadığı evdə dəm qazından zəhərlənib. Onlardan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Xezerxeber.az bildirir ki, ev sahibi 58 yaşlı Mustafa Bayramov və onun evinə qonaq gələn, adı hələlik istintaqa məlum olmayan kişi dəm qazından zəhərləniblər.
Təcili tibbi yardım evə gələrkən ev sahibi Mustafa Bayramovu müayyinə etdikdə onun artıq öldüyü məlum olub. Digər kişi isə Agstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Agstafa Rayon Prokrorlugunda araşdırma başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: