İran dünyada terrorizmin bir nömrəli dəstəkçisidir. 1984-cü ildən başlayaraq bu ölkənin adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. Rəsmi Tehran bu gün də eyni imiclə tanınır.
1979-cu ildən etibarən İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən "Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi" adlı 48 səhifəlik hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir.
Terrorçuluğu maliyyələşdirən bir dövlət təbii ki, qonşuluğunda müstəqil siyasət yürüdən, daim inkişaf edən bir dövlətin mövcudluğunu istəmir.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının sözlərinə görə, molla rejimi Azərbaycana qarşı xainliyini bütün çılpaqlığı ilə ortaya qoyur. İran hakimiyyəti heç vaxt Azərbaycana münasibətdə səmimi olmayıb, əksinə, fürsət düşən kimi əbalarının altında gizlətdikləri zəhərli xəncəri kürəyimizə sancıblar.
Ancaq indi maskası yırtılmış İranın əsl sifəti hər kəsə məlumdur. Üstəlik, molla rejimi də Azərbaycana bəslədiyi münasibətə "bər-bəzək " vurmağa ehtiyac duymur. Həmişə xaincəsinə ürəklərində gizlətdiklərini indi açıq şəkildə etiraf edirlər.
Mahmudəli Çöhrəqanlı deyir ki, İranın düşmənçilik siyasəti axır-əvvəl öz başında çatlayacaq. Həmin tarix isə çox da uzaqda deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: