Xəzər Xəbər

Fransa - MÜSTƏMLƏKƏÇİ, SOYQIRIMÇI və BEYNƏLXALQ ƏDAVƏTÇİ DÖVLƏT VİDEO

Veb TV | 21:00 • 12 Noyabr 2022
Fransa - MÜSTƏMLƏKƏÇİ, SOYQIRIMÇI və BEYNƏLXALQ ƏDAVƏTÇİ DÖVLƏT

Fransa dünya tarixində əsasən müstəmləkə siyasəti, soyqıqımları və müharibələrlə iz qoyub. Bu baxımdan bu gün Afrika qitəsinin "qara qitə" adlandırılmasında Fransanın böyük rolu var. Bu ölkə Afrikanın bir çox dövlət və xalqının acınacaqlı duruma düşməsinin birbaşa baiskarı olub.

Siyasi şərhçi Xəyal Bəşirov deyir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında ciddi rola malikdir. Avropanın Rusiya qazından tamamilə imtina etməyə hazırlaşdığı indiki məqamda Fransa istisna olmaqla, əksər Avropa ölkələri Azərbaycan prezidenti və dövlətinin ünvanına müsbət mesajlar söyləyirlər. Fransa siyasi rəhbərliyi isə erməni diaspor və lobbi təşkilatlarının təsiri altında anti-Azərbaycan siyasəti yürüdür. Elə bunun nəticələrindən biridir ki, Fransa senatı noyabrın 15-də Azərbaycan əleyhinə qətnamə layihəsini müzakirəyə çıxaracaq.

Ekspert Fransanın artıq vasitəçi kimi beynəlxalq nüfuzunu itirdiyini deyir.

Xəyal Bəşirov bildirir ki, Fransa prezidenti Emanuel Makron bugünkü siyasi xətti ilə özünü gülüş obyektinə çevirməklə yanaşı, həm də Fransa dövlətini cılız vəziyyətə salıb. Artıq bu gün qlobal proseslərdə Fansanın rolu və təsiri yoxdur.

Xezexeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti