Dünyada gedən mürəkkəb geosiyasi proseslər fonunda türk dövlətləri arasında əlaqələr sürətlə inkişaf edir. Münasibətlərin dərinləşməsində Türk Dövlətləri Təşkilatı (TDT) mühüm rol oynayır.
Xezerxeber.az-ın xəbərinə görə, Özbəkistanın Səmərqənd şəhərində keçirilən TDT-yə üzv dövlətlərin 9-cu zirvə görüşü ölkələr arasında bir çox sahələrdə yeni mərhələnin əsasını qoydu.
Politoloq Tual İsmayılov deyir ki, verilən qərarlar türk dövlətlərinin bütövləşməsi üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dünyadakı iqtisadi-siyasi proseslərin həllində, eyni zamanda böhranlı vəziyyətlərlə bağlı mühüm qərarların verilməsində təşkilatın mühüm rolu olacaq.
Politloq hesab edir ki, dünyada geniş coğrafiyanı əhatə edən türk dünyası qarşıdakı illərdə daha sıx birləşəcək. Tural İsmayılovun sözlərinə görə, Azərbaycan türk dünyası birliyinin güclənməsinə mühüm töhfələr verir. Ölkəmiz TDT çərçivəsində əməkdaşlığın inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edir. Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı bu baxımdan xüsusi önəm kəsb edir.
Politoloq vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.
Xezexeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: