Xəzər Xəbər

İslam adı ilə yayılan "Xomeyniçilik" - İran İslamı və şiəliyi farslaşdırmağa çalışır VİDEO

Veb TV | 21:14 • 11 Noyabr 2022
İslam adı ilə yayılan "Xomeyniçilik" - İran İslamı və şiəliyi farslaşdırmağa çalışır

İran uzun illərdir din adı altında şiəliyin yox, Xomeyniçiliyin təbliği ilə məşğuldur. Regionun, mümkün olarsa, İslam dünyasının İranın imperiya çətiri altına toplanması molla rejiminin əsas hədəfidir. Məhəmməd Peyğəmbər "Allahdan başqa İlah yoxdur" deyərək bütləri ona görə yıxdı ki, ondan sonra gələn nəsil heç bir varlığı Allahdan uca görməsin. Amma bu gün İran məktəblərində bu ölkənin ali dini lideri Xomeyninin həyatı Quranla bərabər dini vəsait kimi tədris olunur. Təsəvvür edirsiz bu nə deməkdir? Evlərdə, məscidlərdə, təhsil ocaqlarında onun fotolarını qoymaq və xalqı ona təzim etməyə məcbur etmək Xomeynini Allahla və onun müqəddəs kitabı Quranla yanaşı qoymaq deməkdir. Əsl İslam isə təkəbbürdən, məcburiyyətdən uzaq, sadə və pakdır. Uzun müddət xaricdə dini təhsili alan və hazırda İlahiyyat Universitetində müəllim kimi çalışan millət vəkili Ceyhun Məmmədov deyir ki, İran İslamı və şiəliyi farslaşdırmağa çalışır.

Əgər elə olmasaydı İran bir İslam ölkəsi kimi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında ən azı Türkiyə qədər bizə dəstək olmağa çalışardı. Qarabağdakı məscidlərin amansızlıqla dağıdılması Türkiyəyə toxunduğu kimi, İrana da toxunardı.

Təəssüf ki, ölkəmizdə də İranın yalnış təbliğatının qurbanı olanlar var. Onlar həqiqətən də İran deyəndə İslam, İslam deyəndə İranı yada salırlar. Bu səbəbdəndir ki, məşhur meyxanaçı Rəşad Dağlı toyların birində dediyi meyxanada Xomeyninin adını çəkdiyi üçün iransevərlər tərəfindən təhdid olunurdu. İş axırda o yerə gəlib çatdı ki, meyxanaçı üzr istəmək məcburiyyətində qaldı. Təkcə bu fakt Azərbaycanda İranın əlaltıları olduğunu deməyə  əsas verir. Dərk etmək lazımdır ki, müqəddəs İslam dini İranın sərhədləri ilə yekunlaşa bilməz. Ata-babalarımızdan bizə miras qalan bu din heç bir ölkənin monopoliyasında ola bilməz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti