İşğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində 66 ailə yaşayır. Əməkdaşlarımız kənddə yaşayan ağalıların gündəlik həyat tərzləri, məşğuliyyəti ilə maraqlanıb, onlarla bir gün keçiriblər və gördüklərini lentə alıblar.
Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, kəndin mərkəzində tikiş evi fəaliyyət göstərir. Burada tikilən tibbi ləvazimatlar paytaxtın bütün xəstəxanalarına göndərilir.
Kənddə 40 hektar ərazidə salınmış intensiv ərik bağlarında isə 20 nəfər çalışır. Gələcəkdə bağın 100 hektara çatdırılması və işçi sayının artırılması nəzərdə tutulur. Kənddə ət kəsim məntəqəsi də fəaliyyət göstərir.
Kəndə ilk köçən Səlimovlar ailəsi hər keçən gün Ağalıda həyatın daha da canlandığını deyirlər.
Ağalı kənd orta məktəbində oxuyan şagirdlər dərsə hər gün böyük həvəslə gəldiklərini, müəllimlərin tədris etdiyi fənləri daha yaxşı mənimsədiklərini bildirirlər. 350 yerlik məktəbdə hazirda 76 şagird təhsil alir.
Kəndin tibb məntəqəsində də ağalılar özləri sakinlərin sağlamlığının keşiyində dayanırlar. Müasir avadanlıqlarla təchiz olunan Ailə Sağlamlıq Mərkəzində müxtəlif tibbi xidmətlər göstərilir.
Tibb məntəqəsində hazırda 13 işçi çalışır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: