Fransa keçmiş müstəmləkəsi olan ölkələrə qarşı hökmdar kimi davranmaqda davam etməyə cəhd edir. Bu isə Fransanın etibarsız və suverenliyə hörmət etməyən dövlət imicinin formalaşmasına səbəb olub. Beynəlxalq nüfuzunu itirməkdə davam edən rəsmi Paris onun üçün həyati əhəmiyyətli bölgələrdə-Şimali və Mərkəzi Afrika, eləcə də Aralıq dənizi hövzəsiində Türkiyə və Çin kimi ölkələrlə rəqabətdə uduzur.
Millət vəkili Rasim Musabəyov deyir ki, özünü dünyada insan hüquqları və demokratiyanın təəssübkeşi və müdafiəçisi kimi təqdim edən Fransa əslində şəxsi maraqlarını üstün tutur.
Onun sözlərinə görə, Fransa artıq beynəlxalq müstəvidə qərəzli vasitəçi imicini qazanıb və hazırda dünyanın müxtəlif regionlarında baş verən heç bir münaqişənin tənzimlənməsi prosesinə bu ölkə dəvət olunmur.
Millət vəkili əlavə edib ki, artıq Fransanın Cənubi Qafqazda vasitəçilik etmək istəyinin üstündən birdəfəlik xətt çəkilib.
Rasim Musabəyov vurğulayıb ki, Fransa riyakar və ikiüzlü siyasətini davam etdirdikcə indiki kimi dünyanın əksər regionlarında etibarsız dövlət kimi qəbul ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: