Bakıda elektron mallar satılan mağaza qarət edilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektindəki mağazalardan birində baş verib.
Xüsusi texniki mühafizə vasitələrilə qorunan həmin mağazadan ötən gecə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub. Dərhal ərazi üzrə mühafizə polisləri hadisə yerinə yollanıblar.
Obyektin giriş qapısının qırıldığını müəyyən edən mühafizə polisləri oğurluqda şübhəli bilinən şəxsi hadisə yerinin yaxınlığında saxlamağa nail olublar. Həmin şəxsin üzərinə baxış zamanı 31 min manatlıq telefondan 9-ədədi aşkar edilərək götürülüb. Həmin şəxs Nizami Rayon 24-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. O da üzə çıxıb ki, oğurluq edərkən o tək olmayıb.
Polis əməliyyatla Zakir Fərəcovla eyni əməli törədən yetkinlik yaşına çatmayan şəxsi də saxlayıb. O da tanışı Zakir Fərəcovla oğurluq əməlini etiraf edib. Bu şəxslərin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: