Əmlak və torpaq vergisi, həmçinin sığorta haqları noyabr ayının 15-nə kimi ödənilməlidir.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Dövlət Vergi Xidməti məlumat yayıb.
Mövzu ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən Dövlət Vergi Xidmətinin əməkdaşı Elçin Nəbiyev deyib ki, vətəndaş qeyd olunan tarixədək ödəmələri etmədiyi təqdirdə əlavə faiz hesablanacaq.
Qeyd edək ki, vaxtında həyata keçirilməyən ödənişlərə gələn faizlə bağlı vətəndaşa bildiriş edilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: