Xəzər Xəbər

Gəncədə kişi həyat yoldaşını gözündən bıçaqlayıb, sonra intihar edib TƏFƏRRÜAT/VİDEO

Veb TV | 19:33 • 11 Noyabr 2022
Gəncədə kişi həyat yoldaşını gözündən bıçaqlayıb, sonra intihar edib

Gəncə şəhərində 40 yaşlı qadın gözündən bıçaqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

İddia edilir ki, Hüsniyyə Quliyeva əri, 57 yaşlı Səttar Cəlilov tərəfindən döyülüb. Qadının gözlərini çıxarmaq üçün ona zor tətbiq edən ər daha sonra özünü bıçaqlayaraq canına qəsd edib.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Hüsniyyə Quliyevaya zəruri yardım göstərilib. Ancaq onun görmə qabiliyyətinin bərpa edilməsinə ümid azdır.

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək həyat yoldaşı Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar