Xəzər Xəbər

XİN: Paşinyanın iddiaları Ermənistanın sülh prosesində səmimiliyini ciddi şübhə altına alır VİDEO

Veb TV | 20:12 • 11 Noyabr 2022
XİN: Paşinyanın iddiaları Ermənistanın sülh prosesində səmimiliyini ciddi şübhə altına alır

"Ermənistanın son 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünə, yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının kobudcasına pozulmasına, insanlığa qarşı törədilmiş çoxsaylı cinayətlərə göz yuman baş nazir Nikol Paşinyanın Azərbaycanı beynəlxalq hüququ pozmaqda təqsirləndirməsi riyakarlığın son həddidir. Ermənistanın bu cür iddialarla çıxış etməsi Ermənistanın sülh prosesində səmimiliyini ciddi şübhə altına alır".

Xezerxeber.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirib.

XİN sözcüsü qeyd etdi ki, Ermənistan tərəfi üçtərəfli bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalarının açılması prosesini yubadır. Həmçinin üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Ermənistan tərəfinə Laçın yolundan qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə halları davam edir.

XİN-in sözcüsü həmçinin vurğulayıb ki, Azərbaycan yeni Laçın yolunu çəkməklə öz öhdəliyini dürüst şəkildə yerinə yetirir. Belə olduğu halda, Ermənistanın baş nazirinin Azərbaycanın Laçın yolunu bağlamaq niyyətində olduğunu iddia etməsi bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsindən başqa bir şey deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar