Xəzər Xəbər

Bakıda iki qardaş “siçan dərmanı” yeyərək ölüb TƏFƏRRÜAT/VİDEO

Ana uşaqların yanına gələndə dəhşətli mənzərənin şahidi olub
Veb TV | 19:59 • 11 Noyabr 2022
Bakıda iki qardaş “siçan dərmanı” yeyərək ölüb

Bakıda azyaşlı qardaşlar faciəvi şəkildə ölüblər.

Xezerxeber.az-ın məlumatına görə, tükürpədici hadisə bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonu, Ramanı qəsəbəsində qeydə alınıb.

Uşaqların babası Akif Pirəliyev deyib ki, hadisə baş verən gün uşaqların anası evdə olub və həyətdə iş görürmüş.

Onun sözlərinə görə, dərmanı yedikdən sonra 2 yaşlı Onur və 5 yaşlı Akifin yuxusu gəlib. Uşaqları yatızdırdıqdan sonra ana onların yanına gəlib və dəhşətli mənzərənin şahidi olub. Azyaşlılar xəstəxanaya çatdırılsa da, artıq gec olub.

Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024