Xəzər Xəbər

Xidmətlər Zərfinə daha 700-dən çox tibbi xidmət əlavə olunacaq VİDEO

Bəzi əməliyyatlar üzrə tətbiq edilən limitlərlə bağlı da yenilik olacaq
Veb TV | 19:45 • 11 Noyabr 2022
Xidmətlər Zərfinə daha 700-dən çox tibbi xidmət əlavə olunacaq

"İcbari tibbi sığortaya daxil olan Xidmətlər Zərfinə əlavələr ediləcək".

Bunu "Xəzər Xəbər"ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva deyib.

Onun sözlərinə görə, yeni Xidmətlər Zərfi ilə bağlı layihənin hazırlanması artıq yekunlaşıb.

Şöbə müdiri bildirib ki, Xidmətlər Zərfinə 700-dən çox tibbi xidmətin əlavə olunması planlaşdırılır.

Daha bir yenilik isə bəzi əməliyyatlar üzrə tətbiq edilən limitlərlə bağlı olacaq.

Dəyişikliklər bununla yekunlaşmayacaq. Növbəti illərdə ehtiyac yaranarsa, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı çoxaldılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024