Xəzər Xəbər

Bakıdan Orta Asiyaya YENİ KÖRPÜ: Əliyev Türk Dünyasını BİRLƏŞDİRİR... VİDEO

Veb TV | 21:52 • 12 Oktyabr 2022
Bakıdan Orta Asiyaya YENİ KÖRPÜ: Əliyev Türk Dünyasını BİRLƏŞDİRİR...

Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın rolu gündən-günə artmaqdadır. Xüsusilə Qırğızıstana səfər zamanı bir sıra sənədlərin imzalanması orta dəhliz rolunu oynayan ölkəmizin iqtisadiyyatı üçün əlavə imkanlar yaradacaq. Bu imkanlar nələrdən ibarətdir? İqtisadçı ekspertlərin fikirlərini dinləyək.

Azərbaycan və Qırzığıstan arasında iqtisadi əməkdaşlığa dair imzalanmış sənədlər təkcə iki ölkə arasında əlaqələri inkişaf etdirməyəcək. Həmçinin Avropa və Asiyanın qovşağında orta dəhliz rolunu oynayan Azərbaycanın gəlirlərini artıracaq. İqtisadçı ekspert Xalid Kərimli deyir ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda şimal dəhlizində yaranan problem səbəbindən bu gün Çin alternatif yollar axtarışındadır. Bu səbəbdən də orta dəhlizin rolu gündən-günə artır. Xüsusilə "Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolu layihəsi'' Xəzər dənizi vasitəsilə Avropaya daşınan yüklərin həcmini artıracaq..

Azərbaycan tələbin artması fonunda Bakı limanının potensialından tam şəkildə istifadə edəcək. Limanın yük aşırıcılıq qabiliyyəti gələcəkdə il ərzində 15 milyon tondan, 25 milyon tona çatdırılacaq. 

Xalid Kərimli deyir ki, Azərbaycan və Qırğızıstan Birgə İnkişaf Fondu ümumilikdə investisya imkanlarını təşviq edəcək. Üstəlik, qarşılıqlı layihələrin maliyyələşməsini həyata keçirəcək.

Ekspertin fikrincə, ümumilikdə Zəngəzur dəhlizi açıldıqdan sonra Çindən Avropaya yüklərin daha qısa zamanda çatması mümkün olacaq. Üstəlik, daşıma və logistika xərclərinin azalması da gözləniləndir. Bu isə iri şirkətlər üçün daha cəlbedici olacaq.

Xəbər lenti