Bugündə rayon yolları qəzasız ötüşmədi. Goranboyda iki minik avtomobili toqquşub. 4 nəfər ağır yaralanıb. Yaralananlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yevlaxda isə avtomobil velosipedçini vurub.
İki minik maşınının toqquşması 1 nəfərin ölümünə səbəb oldu. Ağır yol-nəqliyyat hadisəsi Goranboy rayonun Yeni Yol kəndində qeydə alınıb.
Avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, qəza zamanı ağır yaralanan 31 yaşlı Tərtər rayon sakini Fərrux Orucov yolda dünyasını dəyişib.
Qeyd edək ki, qəzada həyatını itirən 31 yaşlı Fərrux Orucov hərbçi olub.
Yevlaxda isə 17 yaşlı velosipedçini avtomobil vuraraq öldürüb. Bədbəxt hadisə Bakı-Qazax avtomagistralının rayonun Aşağı Qarxun kəndindən keçən hissəsində baş verib
Kənd sakini 17 Rəşad Hüseynov velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub. Yeniyetmə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.