Xəzər Xəbər

Vətən müharibəsinin salnaməsi: 2 oktyabr VİDEO

Veb TV | 19:35 • 2 Oktyabr 2022
Vətən müharibəsinin salnaməsi: 2 oktyabr

Ordumuz irəliləyir, düşmənsə döyüş bayrağını qoyub qaçırdı. Kəşfiyyat bölmələrimizin ani qərarları, qəfil əməliyyatları düşmənə heyrətlənməyə belə vaxt vermirdi. "Mübariz postu"nda ermənistan silahlı qüvvələrinin göstərdiyi ciddi müqavimət isə heç bir nəticə vermədi. Bütün bunların fonunda ordumuz cənubdan Cəbrayıl istiqamətindən sürətlər irəliləyirdi. Vətən müharibəsinin altıncı günündə baş verənlərin xronikasına birgə nəzər salaq...

2 oktyabr Ermənistan ordusunun qorxaqlığını göstərən fotolarla tarixə düşür. Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyi döyüş bayrağını qoyaraq qaçır.

Ermənistan silahlı qüvvələrinin ən ciddi müqavimət göstərdiyi döyüş mövqeyi isə "Mübariz postu" idi. Günlərlə gedən döyüşlər nəticə vermirdi. Düşmənə davamlı əlavə qüvvələr gəldiyindən gecə səhərə qədər döyüş aparan kəşfiyyat bölmələrimiz çox çətin vəziyyətlə üz-üzə qalırlar. Buna görə əməliyyat planı qəfil dəyişdirilir.

Cənub cəbhəsi isə Cəbrayıldan tam sürətlə irəliləyirdi. Artıq burada hücumun tempi də artmışdı.

Elə 2 oktyabrda Ermənistan ordusu əsl mahiyyətini büruzə verməyə başlayır. Xeyli sayda işlək texnikanı döyüş bölgəsində qoyaraq qaçır. Bu tarixdən artıq düşmən texnikasının yararlı şəkildə ələ keçirilməsi üçün hərbçilərimiz arasında yarış başlayır...

 

 

Xəbər lenti