Xəzər Xəbər

Tərtərdə iki nəfər mülki şəxs minaya düşüb VİDEO

Veb TV | 21:50 • 1 Oktyabr 2022
Tərtərdə iki nəfər mülki şəxs minaya düşüb

Tərtər rayonunun Həsənqaya kəndində, "Üçüncü sovxoz" adlanan ərazidə iki nəfər mülki şəxs minaya düşüb.

Xezerxeber.az-ın məlumatına görə, rayon sakinləri - 32 yaşlı Nicat Cabbarov və 46 yaşlı Rəfayıl Bayramov minaya düşərək xəsarət alıblar.

Minatəmizləmə Agentliyindən bildirilib ki, hadisə "Üçüncü Sovxoz" adlandırılan ərazinin minadan təmizlənməmiş hissəsində baş verib. 

TƏBİB-in məlumatına görə, yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar