Xəzər Xəbər

Baş prokuror: Cinayət törətmiş bir neçə erməni istintaqa cəlb edilib VİDEO

Veb TV | 23:00 • 1 Oktyabr 2022
Baş prokuror: Cinayət törətmiş bir neçə erməni istintaqa cəlb edilib

"Ermənistanın törətdiyi cinayət faktları ilə bağlı mütəmadi olaraq cinayət işləri başlanıb. Bəzən həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi və istintaqa cəlb olunmasında müəyyən çətinliklər olur".

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror "Tərtər işi" ilə bağlı da məlumat verib və deyib ki, 18 nəfərin son kassasiya instansiya məhkəməsinin qərarı ləğv edilib.

Kamran Əliyev bildirib ki, "Tərtər işi" ilə bağlı istintaq davam etdirilir. Qanunla nəzərdə tutulmuş bütün tədbirlərin yerinə yetirilməsi təmin ediləcək.

Baş prokuror həmçinin işğaldan azad olunmuş ərazilərdə prokurorların gələcək fəaliyyətləri barədə də danışıb.

Bu arada, prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümü ilə bağlı Baş Prokurorluğun əməkdaşları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar