Xəzər Xəbər

İşə gecikənlərlə bağlı MARAQLI TƏKLİF VİDEO

Veb TV | 21:37 • 30 Sentyabr 2022
İşə gecikənlərlə bağlı MARAQLI TƏKLİF

Millət vəkili Fazil Mustafa təklif edir ki, tıxaca görə  işə gecikənlərlə əlaqədar əmək məcəlləsinə maddə daxil edilsin. Deputat Fəzail Ağamalı isə  düşünür ki, ərzaq satışına tətbiq olunan ƏDV-nin dərəcəsi azaldılmalıdır. Bu gün Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. 

Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb. Sessiyanın ilk iclasının gündəliyinə 30 məsələ daxil edilib. Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

Millət vəkilləri gündəlikdəki məsələlərlə bağlı danışıb, bir sıra problemlərə diqqət çəkərək təkliflərlə çıxış ediblər. Milli Məclisin deputatı Fəzail Ağamalı Ərzaq satışına tətbiq olunan ƏDV-nin dərəcəsinin azaldılmasına diqqət çəkib. 

"Əmək Məcəlləsinə tıxacla bağlı işə gecikənlərlə əlaqədar maddə daxil edək". Bu sözləri isə Millət vəkili Fazil Mustafa deyib. Deputat hərbçilər üçün ayrı pensiya təminatı sisteminin müəyyən olunmasını təklif edib.

Parlamentin komitə sədri Musa Quliyev isə bildirib ki,  son 10 ildə indeksasiyaya görə pensiyalar 98 % artıb.

Bununla da bütün növ əmək pensiyalarının məbləği hər il indeksasiyalaşdırılaraq artırılacaq deyə Musa Quliyev əlavə edib. Qeyd edək ki, əmək pensiyaları ilə bağlı dəyişikliyi birinci oxunuşda qəbul edib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024