Pandemiya başlayandan sonra tikinti materialları bazarında kəskin bahalaşma müşahidə edilsə də, son vaxtlar qiymətlər sabit qalıb.
Satıcılar deyirlər ki, məhsullarhətta bir qədər ucuzlaşıb, ancaq maya dəyəri azalmayıb. Belə ki,taxtanın 1 kubu əvvəllər 400 manat idisə, indi bu qiymət 370 manata enib.Alçıpanın 1 ədədi 11 manatdan 10 manata,tavan panellərisə 48 manatdan 42 manata düşüb.
Əmlak Məsələləri üzər ekspert Nüsrət İbrahimov isə deyir ki, tikinti materialları bazarında durğunluq birbaşa son illərdə baş verən qiymət artımları ilə bağlıdır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarda təxminən 26 faiz bahalaşma müşahidə olunur.
Nüsrət İbrahimov bildirir ki, tikinti materiallarındakı qiymət artımı mənzil bazarına da təsirsiz ötüşmür.
Nüsrət İbrahimov noyabr ayında tikinti bazarında canlanma olacağı qənaətindədir.