Türkiyədə kəskin istiləri güclü yağışlar əvəz etməyə başlayıb. Leysan nəticəsində yaranan sel və daşqınlar yaşayış məskənlərinə və təsərrüfata ciddi ziyan vurub.
Bartın, Osmaniyə, Ardahan, Kayseri və digər vilayətlərdə küçə və meydanları sel suları basıb. Bir sıra yerlərdə nəqliyyatın hərəkəti çətinləşib. Onlarla avtomobil su altında qalıb. Təbii fəlakət bölgələrinə xilasedici briqadalar cəlb olunub.
Meteoroloqlar əlverişsiz hava şəraitinin davam edəcəyini bildiriblər./publika.az