Xəzər Xəbər

Bakının tıxac dərdi nə vaxt bitəcək? — Araz Əsgərli AÇIQLADI VİDEO

Veb TV | 20:48 • 22 Sentyabr 2022
Bakının tıxac dərdi nə vaxt bitəcək? —  Araz Əsgərli AÇIQLADI

Bakıda xüsusi günlərdə sıxlıq yaşanması halı artıq tarixdə qalıb. Yeni dərs ili başladıqdan sonra günün istənilən saatlarında paytaxda nəqliyyatın hərəkəti iflic olur. Bu vəziyyət nə vaxta qədər davam edəcək və yaxud bundan çıxış yolu nədir?

Son bir neçə gündür paytaxda günün pik saatı anlayışı itib, istənilən saatlarda nəqliyyatın hərəkəti küçə və prospektlərdə iflic olur.

Məsələn, Afyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində səhər satlarından başlayan sıxlıq günorta və axşam da davam edir.  Bu hal tək adıçəkilən küçələrdə yox, şəhərin mərkəzindəki digər küçə və prospektlərdə də yaşanır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli hesab edir ki, bu günlərdə sıxlığın yaranmasına, şəhərdə hərəkət intensivliyinin artması, dayanma və durma qaydalarının bəzi sürücülər tərəfindən pozulması səbəb olur.

Bəs sıxlıq nə vaxta qədər davam edəcək və yaxud da bundan çıxış yolu nədir?

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov təkilif edir ki, ictimai nəqliyyatda avtobusların sayını artırmaq və metroda da intervalı azaltmaqla şəhəri xaotik vəziyyətdən qurtarmaq olar.

Xəbər lenti

Çox oxunanlar