Şəmkir rayonunun Çinarlı qəsəbəsindəki 1 saylı məktəb o vəziyyətə düşüb ki, yararsız döşəmələr sökülərək qışda odun kimi istifadə edilir. Şagirdlərə döşəməsi ,qapısı ,pəncərəsi olmayan siniflərdə dərs keçirlər. Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, amma nəticəsinin olmadığını deyirlər. Bəs problem nə zaman həll ediləcək ?
Sinif otaqları və dəhlizləri baxımsız vəziyyətdədir. Pəncərələrin şüşələri yoxdur, qapıları da qırıqdır. Kadrlar Şəmkirin Çinarlı qəsəbəsindəki şəhid Etibar Həsənov adına 1 saylı məktəbdəndir.
Sakinlər deyirlər ki, məktəb binası uzun müddətdir ki, tədris prosesi üçün yararsızdır və bu, onları narahat edir.
Valideynləri ən çox narahat edən məsələlərdən biri də məktəbin istilik problemi ilə bağlıdır.
Məktəbin mövcud vəziyyəti ilə bağlı ən çox narahatlıq keçirənlərdən biri də adını daşıdığı şəhid Etibar Həsənovun anasıdır.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəb təmiri planlaşdırılan təhsil ocaqlarının siyahısına salınıb.
Qeyd edək ki, sözügedən proqrama əsasən rayondakı daha bir neçə məktəbin də əsaslı təmir edilməsi nəzərdə tutulur.