Goranboy rayonun Kələk kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi iddia edir ki, direktor onu vurub. İddialara görə qadın üzündən aldığı zərbədən sonra yerə yıxılıb. Səbəb kimi direktordan dərs saatını tələb etməsi göstərilir. Direktor isə deyilənləri təkjzib edib. İddia edib ki, əksinə müəllimə onu təhqir edib.
Goranboyda direktor müəlliməni döyüb. Bu iddia ilə rayonun Kələk kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi Fatma Musayeva çıxış edib.
Fatma Musayevanın iddialarına görə bu gün səhər saatlarında direktor Cahangir Əliabbasov onu öz otağında vurub. Üz nahiyəsindən aldığı zərbədən sora müəllimə yerə yıxılıb. İddiaya görə xoşagəlməz hadisəyə səbəb müəllimənin direktordan dərs saatını tələb etməsi olub.
Məktəbin direktoru Cahangir Əliabbasov deyilənlərə münasibət bildirib. O Fatma Musayevanı vurmadığını, əksinə qadının onu təhqir etdiyini iddia edib
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan ''Xəzər Xəbərə bildirilib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub: ''Əməkdaşlar hadisə yerində olublar. Tərəflərin izahatları alınıb. Araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək"-deyə idarədən bildirilib.