Xəzər Xəbər

Fındıq biznesi üçün yeni problem – QİYMƏTLƏR DÜŞÜR VİDEO

Veb TV | 19:35 • 22 Sentyabr 2022
Fındıq biznesi üçün yeni problem – QİYMƏTLƏR DÜŞÜR

Zaqatalada fındıq yığımı yekunlaşmaq üzrədir. Fermerlər məhsuldarlıq və qiymətlərin ürəkaçan olmadığını deyirlər. Emal müəssisələridən bildirilib ki, ötən il sentybarın 15-ə kimi 300 tona yaxın məhsul xaricə ixrac edilmişdi. Bu il isə hələ ki, heç bir müştəri ilə müqavilə imzalanmayıb. 

Həm məhsuldarlığı, həm də qiyməti aşağıdır. Bu mövsüm fındığın ucuz olması zaqatalalı fermerlərin ümidlərini boşa çıxarıb.

Ötən ilin cari dövründə 4-5 manata satılan məhsulun qiyməti indi 2 manat 50 qəpikdən başlayır.

Sahələrdən toplanan məhsul emal müəsisələrinə təhvil verilir. Burada emal edildikdən sonra hazır ləpə xarici ölkələrə satılır. Bu il qiymətlərin ucuz olmasını mütəxəsislər dünyada hökm sürən iqtisadi böhran və Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər

Paytaxt bazarlarında isə fındığın 1 kiloqramı 5-6 manat arasında dəyişir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024