Xəzər Xəbər

Asan yolla pul qazanmaq istəyi onlara baha başa gəldi - Bakı sakinləri dələduzluqla üzləşdiklərini iddia edirlər VİDEO

Veb TV | 21:33 • 21 Sentyabr 2022
Asan yolla pul qazanmaq istəyi onlara baha başa gəldi - Bakı sakinləri dələduzluqla üzləşdiklərini iddia edirlər

Bakıda pul qazanmaq istəyən şəxslər dələduzluqla üzləşdiklərini iddia edirlər. Onların sözlərinə görə, pulları "Mgaks" şirkəti tərəfindən mənimsənilib.

Xezerxeber.az-ın məlumatına görə, Rahib Əfəndiyev adlı şəxs iddia edir ki, "Mgaks" adlı şirkət onların pullarını mənimsəyib.

Onun sözlərinə görə, pul qazanmaq üçün şirkət tərəfindən təqdim edilən reklam xarakterli paketlər üçün qarşı tərəfə onlayn yolla müəyyən qədər vəsait ödəyib. Ödənilmiş pul "mgaks.com" saytında göstərilən linklərdəki reklam videolarını bəyəndikdən sonra geri qaytarılmalı imiş. Müsahibimiz iddia edir ki, nəinki pul qazana bilib, əksinə, şirkət ona 2 min manat ziyan vurub.

Aldadıldığını iddia edən şəxslərdən biri də Seymur Xəlilovdur. Onun sözlərinə görə, ödənişləri yerli bank hesablarına etdikləri üçün şirkətə inanıblar.

Pulları mənimsənilən şəxslər özünü şirkətin Bakıdakı nümayəndəsi kimi təqdim edən Məsumə adlı qadın tərəfindən aldadıldıqlarını iddia edirlər.

Bu işdə adı hallanan Məsumə adlı qadınla əlaqə saxlamaq istəsək də, nömrəsinə zəng çatmadı.

Dələduzluğa məruz qaldıqlarını iddia edən şəxslər məsələnin araşdırılması üçün hüquq- mühafizə orqanlarına şikayət edəcəklərini bildirdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti