Xəzər Xəbər

Ağsuda şagirdlərə dərs keçmək üçün ev axtarılır VİDEO

Səbəb məktəb binasının qəzalı vəziyyətdə olmasıdır
Veb TV | 20:43 • 29 Avqust 2022
Ağsuda şagirdlərə dərs keçmək üçün ev axtarılır

Ağsu rayonunun Rəhimağalı kəndində şagirdlərə dərs keçmək üçün ev axtarılır. Bu qəribə elana səbəb kənd ibtiadi məktəbinin yararsız vəziyyətdə olmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, 9 şagirdin təhsil aldığı məktəb binası qəzalı vəziyyətdədir.

Məktəb binasının divarları uçur, tavan və döşəməsi isə hər an çökə bilər.

Təhsil müəssisəsinin dam örtüyü 2021-ci ilin aprelində güclü külək nəticəsində dağılıb.

Vəziyyət o yerə çatıb ki, 2021-2022 tədris ilində şagirdlərə dərs keçilməsi üçün rayon təhsil şöbəsinin vəsaiti hesabına böyük fərdi ev icarəyə götürülüb. İndi isə yiyəsi evini kirayə verməkdən imtina edir.

Ona görə də valideynlər çarəsiz vəziyyətdədirlər. İddialara görə, bəziləri sırf məktəb problemi səbəbindən kənddən köçmək məcburiyyətində qalıblar.

Məsələ ilə bağlı Ağsu rayon Təsil şöbəsindən bildirilib ki, kənd məktəbinin yararsız vəziyyətdə olmasından xəbərdardırlar. Bu barədə Elm və Təhsil Nazirliyinə məlumat verilib.

''Məktəbin yerində yenisinin tikilməsi dövlət proqamına salınıb'',- deyə qurumdan əlavə edilib.

''Bəs bu il şagirdlərin aqibəti necə olacaq'' sualına cavab olaraq isə bildirilib ki, məktəbdə dərs keçmək mümkün olmadığından yenə ev axtarılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar