Mütəmadi olaraq diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfərləri baş tutur. Məqsəd ermənilər tərəfindən Qarabağda törədilmiş vəhşilikləri, bununla yanaşı Azərbaycanın Qarabağda 2 ilə yaxındır apardığı yenidənqurma işlərini, böyük layihələri diplomatlara çatdırmaqdan ibarətdir. Bəs bu həqiqətləri görmək istəməyənlər kimlərdir? Onlar niyə hələ də Azərbaycanın Qarabağ zəfərini həzm edə bilmir?
Ötən gün Şuşada keçirilmiş mötəbər konfrans azərbaycanın regionda yaratdığı yeni reallıqların dünyaya çatdırılması baxımından böyük önəm kəsb edir. Mütəmadi olaraq işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlərin məqsədi Azərbaycan həqiqətlərini dünyaya tanıtmaqla yanaşı, diplomatları işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərlə tanış etməkdir. Biz bununla dosta və düşmənə elə yerindəcə ermənilərin torpaqlarımızda etdikləri vəhşilikləri açıq-aşkar göstəririk.
Dünənki səfərdə 160-dan çox nümayəndənin iştirakı tədbirin əhəmiyətini bir daha təsdiq edir
Azərbaycanın qələbəsini, qarabağda aparılan bərpa-quruculuq işlərinə sevinənlərlə yanaşı, həzm edə bilməyənlər də var.
Politoloq Zaur Məmmədov bildirib ki, Fransa və ABŞ-ın ölkəmizdəki səfirləri Şuşaya getməməklə Azərbaycanın dostu olmadıqlarını nümayiş etdirdilər. Ekspertin sözlərinə görə onların bu cür qeyri-diplomatik demarşının səbəbləri aydındır.
Siyasi şərhçi qeyd edib ki, ABŞ və Fransanın ermənipərəst mövqeyi hər kəsə məlumdur. Bunula da 30 il ərzində ATƏTin Minsk qrupunun həmsədrləri kimi Qarabağ probleminin həllində niyə heç bir iş görmədiklərinin cavabı tapılmış olur
Zaur Məmmədov vurğulayıb ki, ABŞ və Fransa səfirlərinin mötəbər tədbirdə iştirak etməməsi ilə Azərbaycan heç nə itirmir. Çünki Azərbaycan öz iqtisadi gücü, liderinin siyasi iradəsi hesabına ildən-ilə inkişaf edir. Ermənilərin viran qoyduqları Qarabağı yenidən dirçəldir.