Xəzər Xəbər

Tanınmış şairin evinə oğru girdi VİDEO

Yazarın evi talandı
Veb TV | 21:00 • 28 Avqust 2022
Tanınmış şairin evinə oğru girdi

Şair Şəhriyar Del Geraninin yaşadığı ev qarət edilib. Hadisə Türkiyədə baş verib. Qapını qıraraq evə girən naməlum şəxs və ya şəxslər onun pulunu və yazara məxsus, içində xeyli tamamlanmamış şeir, hekayə və romanı olan kompüterini oğurlayıblar.

Şəhriyar Del Gerani bildirib ki, 1 ildən çoxdur ki, İstanbul şəhərinə köçüb və orda yaradıcılıqla məşğuldur.

Zərərçəkmiş şairin sözlərinə görə, xaricdən gələn qonağı ilə ötən axşam yaşadığı Üsküdar rayonunda şəhər gəzintisinə çıxıblar. Onlar evə qayıdanda 1-ci mərtəbədə olan evinin qarət edildiyini görüb.

Yazar hadisə ilə bağlı polisə məlumat verib. Ərazi üzrə polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib, baxış keçiriblər.

Şəhriyar Del Gerani hesab edir ki, ona maddi zərərdən çox mənəvi zərər dəyib. O, İstanbul polisinə inandığını deyərək tez bir zamanda cinayəti törədən şəxslərin saxlanılacağına ümid edir.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024