Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq və məişət tullantıları ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
XXX
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq sahə və məişət tullantılarının yanması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.