Floridada (ABŞ) yaşlı kişi mağazada bir qadından uşağını pulla almaq istəyib. O, qızı müqabilində anaya 100 min dollar (170 min manat) təklif edib.
Xezerxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Port-Orinc şəhərində qeydə alınıb.
Məlumata görə, 85 yaşlı Hellmut Kolb əvvəlcə qadına yaxınlaşaraq, yanında duran səkkiz yaşlı qızının çox gözəl olduğunu deyib.
“Sonra uşaq sahibi ola bilməyəcəyini, amma bunu çox istəməyindən danışdı, ardınca qızımı 100 min dollara almaq istəydiyini dedi”, - deyə qadın olanları xatırlayıb.
O, bu vəziyyətdən şoka düşdüyünü bildirib.
Lakin qadın özünü ələ alaraq dərhal polisə müraciət edib və kişi saxlanılıb.
Sonradan məlum olub ki, Kolb dörd il əvvəl də 200 min dollara (340 min manat) uşaq almağa cəhd edib.
Bundan sonra məhkəmənin qərarı ilə ona uşaqlarla hər hansı əlaqə qadağan edilib.
Qeyd edək ki, bu ABŞ-da uşaqları dükandan almaq cəhdi ilə bağlı ilk hadisə deyil. Analoji hadisə Texas ştatında da yaşanmışdı. 49 yaşlı Rebekka Taylor, iki uşağı ilə kassada növbəyə dayanan qadına yaxınlaşaraq əvvəlcə qucağındakı mavi gözlü və sarı saçlı körpəni oynadıb, sonra isə bu uşağı satın almaq istədiyini deyib. Ana onun zarafat etdiyini sansa da Teylor niyyətində ciddi olduğunu göstərmək üçün hazırda maşınında olan 250 min dolları (425 min manat) verməyə hazır olduğunu vurğulayıb.