Xəzər Xəbər

Nizami Gəncəvinin məqbərə kompleksində çatlar yaranıb VİDEO

Veb TV | 22:18 • 27 Avqust 2022
Nizami Gəncəvinin məqbərə kompleksində çatlar yaranıb

Dahi Azərbaycan şairi, şərqin böyük mütəfəkkiri Nizami Gəncəvinin Gəncədəki məqbərə kompleksində çatlar yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, 1947-ci ildə ilk dəfə şairin qəbirüstü türbəsinin yerində inşa olunan məqbərədə 1991-ci ildə yenidən əsaslı təmir və tikinti işləri aparılıb.

Ərazi böyüdülüb, məqbərənin önündən keçən magistral yolun üzərində körpü inşa olunub. Elə hazırda yaranmış vəziyyətə də bu yolda avtomobillərin hərəkəti nəticəsində yaranan titrəyişlərin səbəb olduğu bildirilir.

2011-2012-ci illərdə aparılan təmir işləri zamanı körpünün daşıyıcı sütunları yanında gücləndirici dayaqlar qoyulub. Ancaq bu da zamanla yeni çatların yaranmasına mane ola bilməyib.

Məqbərə kompleksinin direktoru Gülnarə İsmayılova deyib ki, artıq Mədəniyyət Nazirliyinin əlaqədar qurumları məqbərə kompleksində zəruri təmir işlərinə başlanması istiqamətində müvafiq işlər aparırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar