Şirvanda 2 yaşlı uşaq binanın blokunda 8-ci mərtəbənin pilləkənindən yıxılıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə baş verib.
Laçın rayonundan olan azyaşlı məhəccərdəki boşluqdan yıxılaraq pilləkənin arası ilə birinci mərtəbəyə düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan körpə yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ağır kəllə-beyin travması alan iki yaşlı Ömər Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə reanimasiya şöbəsində müalicə alan azyaşlı həkim nəzarətindədir.Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: