Avtobus dayanacaqlarında ödəmə terminallarının yeri var, özü isə yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, bu mənzərəni paytaxtın demək olar ki, bütün dayanacaqlarında müşahidə etmək olar.
Elə çəkiliş apardığımız bir neçə məkanda da bunu əyani şəkildə gördük.
Paytaxtın Nəsimi, Səbail, Nizami, Suraxanı və Xətai rayonlarında olan dayanacaqların bir neçəsində sadəcə olaraq ödəmə terminallarından sonra geriyə naqillər qalıb.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agetliyinin mətbuat katibi Mayis Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, bu aparatlar yığışdırılsa da, paytaxt sakinləri üçün daha rahat ödəmə üsulları var.
"BakıKart"ın saytına daxil olmaqla da balansı onlayn qaydada artırmaq mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: