Paytaxtın əsas prospektlərindən birində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Xezerxeber.az-ın məlumatına görə, səbəb yolda təmir işlərinin aparılmasıdır.
Bu məqsədlə əraziyə texnikalar və canlı qüvvə cəlb olunub.
Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, bu gün səhər saatlarından paytaxtın Yasamal rayonu ərazisində, Tbilisi prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Sürücülər ancaq Həsən Əliyev küçəsindən gələrək metronun "20 yanvar" stansiyası və Bakı-Sumqayıt yolu istiqamətinə hərəkət edə bilərlər.
Bundan sonrakı mərhələdə isə Həsən Əliyev küçəsini Tbilisi prospektinə birləşdirən dairədən üzü Sumqayıt istiqamətində olan hissə asfaltlanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: