Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Heydər Əliyev Fondu tərəfindən uşaqlar üçün təşkil olunan şənliklərdən görüntülər paylaşıb.
Xezerxeber.az xəbər verir ki, avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil edilib.