Xəzər Xəbər

5 mərtəbəli binanın zirzəmisi çirkab suları ilə doludur VİDEO

Veb TV | 20:25 • 26 Avqust 2022
5 mərtəbəli binanın zirzəmisi çirkab suları ilə doludur

Salyan şəhəri, Ağaxan Ağabəyli küçəsində yerləşən bir binanın zirzəmisi çirkab su doludur. Oradan gələn pis qoxu sakinləri narahat edir. Üfunət hər kəsi təngə gətirib.

Beş mərtəbədən ibarət 100 ailənin yaşadığı bina 1992-ci ildə Neftçilər üçün tikilib. Sakinlərin sözlərinə görə, 2012-ci ilə qədər binada heç bir problem olmayıb. İddia ediblər ki, 10 ildir ki binanın zirzəmisi çirkabla toludur.

Sakinlər deyiblər ki, binanın su və kanalizasiya xətləri yararsız vəziyyətdədir. Ona görə zirzəmiyə daim su dolur.

''Azərsu'' ASC-nin  mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən ünvanda mütamadi olaraq əməkdaşlar tərəfindən çirkabın təmizlənməsi istiqamətində  tədbirlər görülür. ''Salyan şəhəri dəniz səviyyəsindən aşağı olduğundan yaşayış binalarının zirzəmilərinə qrunt sularının yığılması halları baş verir və bu sular yerli müəssisə tərəfindən mütəmadi olaraq təmizlənir''- deyə o əlavə edib.

Xəbər lenti

Çox oxunanlar