Xəzər Xəbər

Nazir müavinindən Laçındakı yanğınlarla bağlı AÇIQLAMA VİDEO

Azad edilən ərazilərdə baş verən yanğınların sayı açıqlanıb
Veb TV | 19:49 • 26 Avqust 2022
Nazir müavinindən Laçındakı yanğınlarla bağlı AÇIQLAMA

Bu il yanvarın 1-dən avqustun 25-dək ölkə ərazisində 10 mindən çox yanğın hadisəsi qeydə alınıb. Bu dövr ərzində yanğınlar nəticəsində 30 nəfər yaxın şəxs dünyasını dəyişib. Yanğınlarla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, avqust ayının 14-dən başlayan meşə yanğınları daha geniş ərazini əhatə edib. Şimal bölgəsində yanğınların baş vermə səbəbi də açıqlanıb.

''Digər regionlarda olduğu kimi Laçın rayonunda baş verən yanğınlar da nəzarətdə saxlanılır''. Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Onun sözlərinə görə, hazırda laçında fövqəladə hallar nazirliyinin 9 texnikasi və 46 nəfər şəxsi heyəti xidmət göstərir.

Nazir müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilər də daxil yanvarın 1-dən avqustun 25-nə qədər ölkə ərazisimdə 10 min 900 yanğın baş verib, 29 nəfər dünyasını dəyişib. Etibar Mirzəyev şimal və cənub bölgələrində yanğınların söndürülməsi istiqamətində tədbirlərin görüldüyünü bildirib.

Mətbuat konfransında həmçinin yanğılarla bağlı "Azersky" peyki vasitəsilə aparılan monitorinqin nəticələri açıqlanıb. Bildirilib ki, şimal və şimal-qərb regionlarında, ümumilikdə 5 min 311 hektar ərazidə yanğın qeydə alınıb. Yanmış ərazinin təxminən 1670 hektarı meşə sahəsinin payına düşür.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə qeyd edib ki, yanğınlar Şabran rayonunun Dağ Bilici kəndinə biçilmiş əkin sahəsinə od vurulmasından sonra başlayıb.

Onun sözlərinə görə, əvvəlki illərədən fərqli olaraq bu dəfəki yanğınlar daha geniş ərazini əhatə edib. Firdovsi Əliyev vurğulayıb ki, yanğınları törədən şəxslər müəyyənləşdirilib, məsuliyyətə cəlb edilməlidir

Bildirilib ki, bu ay baş vermiş yanğınlar nəticəsində 3 ev və 10 təsərrüfata zərər dəyib. Bu istiqamətdə müvafiq qurumlar tərəfindən hesablamalar aparılır və vətəndaşlara dəymiş zərər müəyyənləşdirilir.

Qeyd edilib ki, yanğının əsas təhlükəsi Şabran-Siyəzən istiqamətində neft quyularına doğru hərəkət etməsi olub ki, bunun da qarşısı vaxtında alınıb.

Xəbər lenti