Xəzər Xəbər

ŞAD XƏBƏR AÇIQLANDI - Sentyabr-oktyabr aylarında da yeni xoş xəbərlər gözlənilir VİDEO

Laçının azad edilməsi Azərbaycanın növbəti tarixi qələbəsi
Veb TV | 19:34 • 26 Avqust 2022
ŞAD XƏBƏR AÇIQLANDI - Sentyabr-oktyabr aylarında da yeni xoş xəbərlər gözlənilir

Bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri artıq ermənilərdən tamamilə boşaldılıb. Bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçib. Ekspertlər bunu Azərbaycanın növbəti tarixi qələbəsi dəyərləndirirlər.

''Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi son deyil. Sentyabr-oktyabr aylarında da xoş xəbərlərin olacağı gözlənir''. Bunu Hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsinin böyük əhəmiyyəti var. Çünki orada mühüm strateji  məntəqələr var. Lakin, xoş xəbərlər bununla da bitməyəcək.

Millət vəkili Arzu Nağıyev vurğulayıb ki, ordumuzun Laçın şəhərinə yerləşməsi, eləcə də Zabux və Sus kəndlərinin nəzarətimizə keçməsi diplomatik qələbədir.

Siyasi şərhçilər bildirirlər ki, Azərbaycan bundan sonra sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması və Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərin yerinə yetirilməsi üçün Ermənistana diplomatik təzyiqləri daha gücləndirəcək.

 

 

 

 

Xəbər lenti