Xəzər Xəbər

Laçın şəhəri, Zabux və Sus kəndləri işığa çıxır - "AzərEnerji" ərazilərə daxil oldu VİDEO

Veb TV | 15:24 • 26 Avqust 2022
Laçın şəhəri, Zabux və Sus kəndləri işığa çıxır - "AzərEnerji" ərazilərə daxil oldu

Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dərhal "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.

Bu barədə xezerxeber.az-a "AzərEnerji"dən məlumat verilib.

Məlumata görə, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. "Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb",- deyə "AzərEnerji"dən əlavə ediblər.

Xəbər lenti

Çox oxunanlar