Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın dogum günüdür.
Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. O, ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına dəyərli töhfələr verir, milli maraqlarımızın beynəlxalq aləmdə müdafiəsi və təşviqi istiqamətində yorulmadan çalışır. Biz də "Xəzər Media Mərkəzi"nin rəhbərliyi və kollektivi adından Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edirik, bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.