Xəzər Xəbər

İran müstəqil Azərbaycanı özünə təhlükə görür? - Riyakar və düşmən mövqe Azərbaycanı qorxutmur VİDEO

Veb TV | 21:37 • 25 Avqust 2022
İran müstəqil Azərbaycanı özünə təhlükə görür? - Riyakar və düşmən mövqe Azərbaycanı qorxutmur

İranın ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resursları, bu ölkəyə sığınmış antimilli qüvvələr Azərbaycana qarşı uzun müddətdir ki, kampaniyalar aparırlar. Bunda əsas məqsəd ölkəmizi daim təzyiq və təhdid altında saxlamaqdır. Açıq şəkildə görünür ki, İran müstəqil Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirir və rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyinin və fəaliyyətinin əsasında da məhz bu amil dayanır.

İranın Azərbaycana qarşı siyasəti 44 günlük müharibədə də özünü açıq şəkildə göstərdi. Ermənistanla işbirliyi qurdu, ona hərtərəfli dəstək verdi, bir sözlə, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına hər cür köməklik göstərdi.

Halbuki Azərbaycandan İrana qarşı heç bir təhdid və ya təhlükə yoxdur. Hətta İrana qarşı sanksiyaların ən sərt dövründə Azərbaycan bu prosesə qoşulmadı və bu ölkə ilə əlaqələrinə heç bir məhdudiyyət tətbiq etmədi.

Bütün əsassız iddia və təhdidlərə baxmayaraq, Azərbaycan tutduğu haqlı mövqeyindən bir addım da geri çəkilməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti