Dənizə istirahətə gələnlər özlərindən sonra xoş olmayan mənzərə yaradıblar. Onlar əraziyə uşaq bezləri, qarpız-yemiş qabıqları, plastik tullantılar atıblar.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov paylaşım edib.
Həmin paylaşımdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, "Planet Parni iz Baku" KVN teatrının aktyorları və ekologiya könüllüləri çimərlik ərazisində iməclik aksiyası keçiriblər.
Ərazidən yığılan tullantılar təkrar emala göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: