Xəzər Xəbər

Laçın dəhlizinə alternativ yol istismara verilir - VAXT AÇIQLANDI VİDEO

Veb TV | 21:18 • 25 Avqust 2022
Laçın dəhlizinə alternativ yol istismara verilir - VAXT AÇIQLANDI

"Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın günlərdə mümkün olacaq".

Xezerxeber.az-ın məlumatına görə, bunu Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə başçısının tapşırığına əsasən, alternativ yolun Azərbaycan ərazisindən keçən 22 km-lik hissəsi artıq hazırdır. Ermənistan tərəfi isə üzərinə düşən 10 kilometrilik hissəni hələ də başa çatdırmayıb.

Qeyd edək ki, bu gün işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturuna xidmət göstərilməsi üçün alınmış maşın və mexanizmlərin təqdimatı keçirilib.Bildirilib ki, ayrı-ayrı ölkələrdən yükləyici texnikalar, kranlar, müxtəlif təyinatlı kamazlar, səhra şəraitində xidmət göstərən nəqliyyat vasitələri və qreyderlər alınıb.

Qeyd edilib ki, texnikalar vasitəsilə yollar vaxtında inşa edilərək istismara veriləcək.

Yol təsərrüfatının qurulması üçün alınan 360 texnika və avadanlıq Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlər tərəfindən istehsal olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar