Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə 28 ukraynalı uşaq və onları müşayiət edən nəzarətçilər Bakıya gəlib.
Onlar burada 21 gün ərzində reabilitasiya kursu keçəcəklər.
Xezerxeber.az-ın məlumatına görə, Heydər Əliyev Fondu həmçinin Ukraynadan gələn uşaqların istirahəti üçün əyləncəli proqram da hazırlayıb.
Ukraynalı uşaqlar paytaxtın görməli yerləri ilə tanış olacaq, tarixi abidə və muzeyləri gəzəcəklər.
Qeyd edək ki, Heydər Əliyev Fondu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları hər zaman ailə qayğısı ilə əhatə edir. Fondun bu sahədə həyata keçirdiyi layihələr uşaqların sağlam və səmərəli istirahəti, dünyagörüşlərinin artırılması və yeni dostlar qazanmalarına imkan yaradır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: