Xəzər Xəbər

Laçında əbədi yaşamaq borcumuzdur VİDEO

Veb TV | 11:20 • 25 Avqust 2022
Laçında əbədi yaşamaq borcumuzdur

Laçın şəhər sakini, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısı Babək Aslanov bildirib ki, illərdə həsrətində olduğumuz doğma yurdumuzda əbədi olaraq yaşamaq bizim borcumuzdur. Vahid komandanlıq altında, ordumuzun gücü, qüdrəti sayəsində, şəhidlərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad etmək bizə qismət oldu deyən Babək Aslanov qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmaq şərəfli ölümdür: “Şərəfli ölümün biri də odur ki, öz torpaqlarımızda yaşayaq, qocalaq, orada da ölək.”

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.

Xəbər lenti

Çox oxunanlar